Modern.az

Ruslar Stalini qəhrəman kimi yad edəcəklər

Ruslar Stalini qəhrəman kimi yad edəcəklər

Təhsil

22 Fevral 2010, 09:27

Rusiya Faşist Almaniyası üzərində qələbənin 65-ci ildönümünə hazırlaşır. Qələbənin ildönümü ərəfəsində Rusiya cəmiyyətində Stalin ruhu dolaşmaqdadır. Modern.az-ın  xarici mətbuata istinadən məlumatına görə, mayın 9-da Qələbə günü keçmiş sovet diktatoru əsl qəhrəman kimi yad olunacaq. Artıq Moskva küçə və meydanlarını Stalinin şəkilləri  bəzəməkdədir. Moskva Dumasının  qərarına uyğun olaraq, qələbənin ildönümü münasibətilə mayın 9-da Stalinin şəkli əks olunmuş plakat və informasiya lövhələrinin bütün şəhərdə yayılması təklif olunur.    Moskva Duması deputatlarının bu qərarı huquq müdafiə və müxalifət partiyalarını qəzəbləndirib. Onlar dumalıların bu təşəbbüsünü tiranın bərpası kim qiymətləndiriblər.     Paytaxt deputatlarının bu mübahisəli qərarı siyasi dairələrdə birmənalı qarşılanmayıb və Stalin mövzusu və bu adla bağlı olan repressiv siyasət qələbəni layiqincə qeyd etmək barədə düşünən Kremlin planlarına kölkə sala, bununla da ölkə rəhbərliyi üçün xoşagəlməz situsiya yarada bilər.    Stalinin hakimiyyəti illərində milyonlarla insanın QULAQ düşərgələrində çürüməsi yaddaşlardan silinməyib. “Biz buna etiraz edəcəyik. Moskvada Stalinin portretlərini yaymağa hazırlaşanlar Stalin dövrünün dövlət terrorunu qaytarmaq istəyənlərdir”,-deyə Moskva Helsinki qrupunun rəhbəri Lyudmila Alekseyeva bildirib.  “Yabloko” müxalifət partiyasının rəhbəri Sergey Mitroxinin sözlərinə görə, “bu plan öz qanı hesabına faşizm üzərində qələbə qazanmış bizim ata-babalarımızın xatirəsinin təhqir olunmasıdır”. 

Moskva şəhər Duması deputatlarının təşəbbüsünə SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov da etiraz edir. “Stalinın adını müharibə tarixindən ayırmaq olmaz. Lakin bununla belə, unutmaq lazm deyil ki, bizim ölkə müharibəyə repressiyaya uğramış komandir  heyəti və donanması ilə daxil olub”.

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov isə hesab  edir ki, “Qızıl Ordunun Ali Baş Komandanı kimi Stalinin xidmətlərnin tanınması şübhəsiz nəinki düzgün, həm də cəsarətli  addımdır”. Onun sözlərinə görə, son 20 ildə ilk dəfə qələbənin kimin rəhbərliyi altında əldə olunduğunu unutmağa üstünlük verən hakimiyyətin ikiüzlüyünə son qoyulub.

Moskva şəhər Dumasının reklam, informasiya və tərtibat komitəsinin sədri Vladimir Makarov  qeyd edib ki, adı çəkilən kampaniya müharibə veteran təşkilatlarının xahişi əsasında həyata keçirilir. “Uzun illər ərzində biz şəhərdə görkəmli sovet hərbi xadimlərə həsr olunmuş informasiya lövhələri asmışıq. Lakin onların arasında Ali Baş komandana yer olmayıb. Biz müharibə dövründə ölkəmizə rəhbərlik etmiş insanın xatirəsini yad etməliyk”,-deyə Makarov bildirib.

Müharibə veteranları Stalinin portretlərinin şəhərdə yayılması təşəbbüsünü yüksək canlanma ilə qarşılayıblar. Onların çoxu Stalinə əvvəlki kimi müharibə qəhrəmanı  kimi baxırlar.  Sovet İttifaqı Qəhrəmanı Nadejda Popova qeyd edir ki, “əlbəttə ki, repressiya olub, lakin bizim onu yaddaşlarda saxlmaq haqqımız var, çünki biz onun rəhbərliyi altında döyüşmüşük. Biz ona inanırdıq. O, bizim üçün Allah kimi olub”.

Xarici mətbuat yazır ki, önəmli milli bayram günü – 9 mayda Stalinə rəsmi ehtiram göstərilməsini Putin dönəmində müasir Rusiyaya sovet dövrü simvollarının tədricən qayıdışı prosesinin dramatik epizodu kimi qiymətləndirimək olar. 2000-ci ildə Putin Sovet İttifaqının rəsmi himnini yalnız sözlərini dəyişməklə  rusiyalılara qaytardı. 2008-ci ildə isə o, Qızıl Meydanda hər il keçirilən hərbi paradları bərpa etdi.   Putin müəllimlər üçün hətta Stalinin “səmərəli rəhbər” kimi təqdim olunduğu dərs vəsaitlərinin nəşr olunması ideyasını  bəyənib. Bu nəşrlərdə Stalin milyonlarla insanın həyatını məhv etmiş insan kimi yox, öz praqmatik siyasəti ilə  Sovet İttifaqını qüdrətli fövqəldövlətə çevirmiş insan kimi təsvir olunur. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı