Modern.az

Türkiyə erməni kilsələrinin qayğısına qalır

Türkiyə erməni kilsələrinin qayğısına qalır

Təhsil

22 Fevral 2010, 13:56

Türkiyədəki erməni kilsələri  yenidən qurulacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Van valiliyi erməni kilsələrinin bərpa olunması üzrə xüsusi proqram hazırlayıb. Proqrama əsasən Van gölündəki Çarpanak və Yuxarıbakraçalı kəndində olan erməni kilsələri təmir olunacaq. Van valisinin müavini Xəlil Berk Akdamar adasındakı erməni kilsəsinin muzeyə çevrilməsindən sonra ötən il Hoşap və Van qalalarında bərpa işləri aparıldığını, bu il isə Çarpanak və Yuxarıbakraçalı kəndindəki kilsələrin  də təmir olunacağını bildirib. O, bərpa işləri ilə əlaqədar erməni kilsələrində lazer vasitəsilə fotoqrametrik qiymətləldirmə aparıldığını deyib.  Bərpa işləri ilə əlaqədar layihə üzərində işlərin tamamlanma mərhələsində olduğunu deyən Berk əlavə edib ki, Van gölü dedikdə ilk növbədə Akdamar yada düşür, lakin Van gölündə Akdamardan əlavə 4 ada var, onların hər birində kilsələr mövcuddur. Berk qeyd edib ki, layihə işləri başa çatdıqdan sonra bərpa işləri üçün aprel ayında tender elan olunacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir