Modern.az

Daşkəsəndə səhlənkar ovçular meşəni yandırıblar

Daşkəsəndə səhlənkar ovçular meşəni yandırıblar

Təhsil

23 Fevral 2010, 09:34

2010–cu il 21 fevral tarixində saat 16:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) xidməti ərazisi olan 5 saylı dolayının 29-cu kvartalında yanğın hadisəsi baş verib.
Açıq və kollardan ibarət ərazidə baş vermiş yanğın 0,75 hektar sahəni əhatə edib və meşə fonduna ciddi ziyan dəyməyib.
Yanğın qısa müddət ərzində Daşkəsən MMBM-in kollektivi və yaxın kəndlərin sakinlərinin operativ səyləri nəticəsində söndürülüb.
Nazirliyin Meşələrin İnkişafı Departamenti tərəfindən aparılmış ilkin araşdırmalara görə yanğına səbəb (yanğın baş vermiş ərazi yaşayış məntəqələrindən uzaq olduğundan və gediş-gəliş olmadığından) ovçuların atdıqları söndürülməmiş siqaret kötüyü olub.
Son zamanlar Respublika ərazisində hava şəraitinin küləkli olmasını nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırır. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır