Modern.az

Ermənilər Özbəkistanda 35 min özbəyi qətlə yetirib

Ermənilər Özbəkistanda 35 min özbəyi qətlə yetirib

Təhsil

24 Fevral 2010, 14:52

Özbəkistanda Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Modern.az-ın türk mətbuatına istinadən yaydığı məlumata görə, Özbəkistanda yaşayan azərbaycanlılar ABŞ-a təpki göstərib. Özbəkistan Azərbaycanlıları Nümayəndəliyinin təşkil etdiyi anma mərasimində çıxış edən soydaşlarımız Xocalı soyqırımını törətmiş erməni vəhşiliyinə göz yuman bir sıra dövlətlərə təpki göstəriblər. Xocalıda 1992-ci ildə baş verənlərin əsil soyqırm olduğunu deyən yazıçı-jurnalist Qulu Kazımov əlavə edib ki,  “təəssüflər olsun ki, buz Xocalı soyqırımını bütün dünyaya çatdıra bilmirik. Bu soyqırımı qəbul etmirlər. Avropa bunu qəbul etmir”. Onun sözlərinə görə, əsl soyqırımı ermənilər türklərə qarşı törədib. O, bildirib ki,  rəsmi məlumatlara görə, ermənilər 1918-ci ilə Özbəkistanın Fərqanə vadisində 35 min özbəyi də qətlə yetirib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü