Qış mövsümü ilə əlaqədar insanların qripə və soyuqdəyməyə yoluxması halları da çoxalır. Biz yeni yaranmış simptomun qarşısını cürəbəcür kimyəvi dərman və antibiotiklər olmadan daha qədimlərdən sınanmış üsüllarla da ala bilərik. Modern.az apardığı araşdırmada soyuqdəymə və qrip zamanı çox effektiv qorunma usullarını bir araya gətirib.
|
Bunlardan biri limonlu və ballı çaydır. Açıq süzülmüş qara çaya və yaxudda yaşıl çaya 1 çay qaşığı bal və 1 dilim limon əlavə etməklə siz xəstəlikdən sağalmaq üçün çox effektv bir vasitə əldə etmiş olursuz.Qeyd edək ki, bu çayın hazırlanmasında suyun çox qaynar olmaması şərttir.Çünki su qaynar olarsa limon və bal tərkibindəki vitaminləri itirə bilər.
|
|
|
Soyuqdəymənin əleyhinə olan ən güclü vasitələrdən biri də süddür. Bizim məsləhət gördüyümüz üsulsa tərkibinə mineral su əlavə olunmuş qaynar süddür. Bu əsasən öskürəyi aradan qaldırır.
|
|
Hər birimizə uşaqlıqdan tanış olan yoxlanılmış üsül meyvə qurularından kompotdur. Meyvə qurularından hazırlanmış kompot bədən müqavimətini gücləndirici və sinədəki zökəmi yumuşaldıcı funksiyaya malikdir.100 qr iri seçilmiş meyvə qurularını isti su ilə təmiz yuyub doğrayın.Öncə alma və armud qurusunu yumuşalanadək 1 lt suda 30 dəqiqə müddətinə qaynatdıqdan sonra tərkibinə 3 xörək qaşıqı şəkər tozu ərik və gavalı qurusu, qarışımın qaynamasına son 5 dəqiqə qalanda isə üzüm qurusu əlavə edin. Hazirlanmış qarışıma limon suyu və bal da əlavə oluna bilər.
Siyahımızda limonlu zəncəfil çayıda var. İmmuniteti möhkəmlədir bədən müqavimətini gücləndirir və enerjini çoxaldır.1 stakan qaynar suya 1 xörək qaşığı limon şirəsi 1 xörək qaşığı bal yarım çay qaşığı da zəncəfil əlavə edilir. Qeyd edək ki, nanə qurusu da əlavə etmək olar. |
|
|
Günəş Fərhadlı