Modern.az

Naşirlər və Poliqraflar Birliyi yazıçıya qarşı bəyanat verib

Naşirlər və Poliqraflar Birliyi yazıçıya qarşı bəyanat verib

Aktual

1 Fevral 2013, 18:53

Bu gün yeni təsis olunmuş Azərbaycan Naşirlər və Poliqraflar Birliyi toplantı keçirib. Modern.az-ın məlumatına görə, toplantı iştirakçıları Əkrəm Əylislinin “Daş yuxu”lar əsərini Azərbaycan xalqına qarşı təhqir, mənəvi zərbə adlandırıblar.

”Əkrəm Əylislinin bu əsəri müharibə vəziyyətində olan Azərbaycana xəyanət kimi dəyərləndirilir. Azərbaycan torpaqlarının iyirmi faizinin ermənilər tərəfindən işğal olunduğu bir vaxtda Əkrəm Əylisinin bu cür əsər yazması bütün diqqəti Qarabağ problemindən yayındırdı. Azərbaycan Naşirlər və Poliqraflar Birliyi olaraq, biz bundan təəssüflənirik. Bu əsəri Azərbaycan xalqına ləkə kimi qiymətləndiririk”.

Sonda Azərbaycan Naşirlər və Poliqraflar Birliyi bəyanat yayıblar.

Modern.az    

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü