Modern.az

Modern.az-ın təklifi Milli Məclisdə qaldırıldı

Modern.az-ın təklifi Milli Məclisdə qaldırıldı

Təhsil

22 Fevral 2013, 12:46

Modern.az saytı Azərbaycana gələn rəsmi qonaqlar onlar üçün tərtib edilmiş protokol çərçivəsində Şəhidlər xiyabanı və Fəxri xiyabanla yanaşı, Xocalı soyqırımına ucaldılmış abidənin də ziyarət olunması məsələsinin mümkünlüyünü araşdırıb. Bununla bağlı danışdırdığımız deputatlar Elman Məmmədov və Zahid Oruc da təklifin reallaşa biləcəyini mümkün sayıblar.
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçilən deputat Elman Məmmədov bu gün Milli Məclisin iclasında bu məsələni qaldıraraq, təkliflə çıxış edib.
deputat deyib ki, bu, çox vacib məslədir. Azərbaycana gələn rəsmi nümayəndə heyətləri Fəxri xiyaban və Şəhidlər xiyabanı kimi, Xocalı soyqırımına həsr edilmiş abidəni də ziyarət etməlidir. “Bu mənim, eyni zamanda bütün xocalıların fikridir”-deyə E.Məmmədov parlamentdə məsələ qaldırıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü