Modern.az

Hərbi xidmətə çağırışla bağlı sərəncam verildi

Hərbi xidmətə çağırışla bağlı sərəncam verildi

27 Fevral 2013, 20:42

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2013-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2013-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Sərəncama əsasən,  xidməti müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2013-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü