Modern.az

“Mirvari Fətəliyeva və Vüsal Hüseynovu ancaq fransız vəkil müdafiə edə bilər”

“Mirvari Fətəliyeva və Vüsal Hüseynovu ancaq fransız vəkil müdafiə edə bilər”

Təhsil

28 Fevral 2013, 15:47

“Parisdəki “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva və Vüsal Hüseynovu ancaq fransız vəkil müdafiə edə bilər”. Bunu Modern.az-a açılamasında vəkil Aslan İsmayılov deyib.

“Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva və Vüsal Hüseynov Fransadakı erməni diasporuna məxsus “Ay Dat” təşkilatı tərəfindən məhkəməyə verilməsini şərh edən A. İsmayılov qeyd edib ki, belə olan halda onların hüquqi qaydada müdafiəsi təşkil olunmalıdır. “Bu gün bəzi yalançı qəhrəmanlar deyirlər ki, baş üstə müdafiə edərik. Amma heç bir azərbaycanlı vəkil Fransada normal hüquq müdafiəsini həyata keçirə bilməz. Ona görə də dövlət özü bu məsələyə qoşulmalıdır”. Aslan İsmayılovun dediyinə görə, Fransada döyülən uşaqların müdafiəsi üçün dövlət tərəfindən fransız vəkil tutub bu işlə bağlı müqavilə bağlamalıdır.

Xatırladaq ki, iki gün əvvəl  “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü  Fransua Roşeblounun təhriki ilə iştirakçılar Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa Parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər.

Gültəkin Ələsgər   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır