Modern.az

AzərTAg-ın müxbiri İsraildə Xocalının necə anılması haqda danışdı

AzərTAg-ın müxbiri İsraildə Xocalının necə anılması haqda danışdı

Aktual

28 Fevral 2013, 15:55

AzərTAg İnformasiya Agentliyinin əməkdaşı Xətai Əzizov Modern.az-a açıqlamasında bildirib ki, tədbir iki hissədən ibarət olub. “Birinci hissədə Xocalı faciəsindən bəhs edən fotosəgri açılmışdı. Fotosərgidə Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın təqdim etdiyi şəkillər, audio-video materiallar, eyni zamanda AzərTAg olaraq bizim apardığımız kitablar, broşürlər nümayiş olundu. Bundan sonra isə iştirakçılar “Sonu görünməyən dəhliz” filminə baxdılar”.

 

X. Əzizov bildirib ki, tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov, İsrail parlamentinin deputatları, İsrail məskunlaşma naziri, eyni zamanda bir sıra dövlət və hökümət nümayəndələri iştirak edib. “Fuad Muradov çıxışında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət, bir neçə dövlətlər, o cümlədən İsrail dövləti ilə olan ikitərəfli münasibətlərin inkişafına verdiyi əhəmiyyət, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mədəni tədbirlər, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi layihələr, eyni zamanda Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” kampaniyasının əhəmiyyəti barədə  tədbir iştirakçılara geniş məlumat verdi.

Bundan sonra Təl-Əvivdəki Dağ yəhudiləri sinaqoqunun ravvini Şmuel Siman Tov dua oxudu. Eyni zamanda dedi ki, “tarixdə bir neçə soyqırım olub, yəhudilərdə belə hal yaşayıb. Amma biz görürük ki, Xocalıda törədilən soyqırım misli görünməmiş soyqırımdır”.   İsrail hökumətinin üzvi Sofi Landver çıxış etdi, İsrail-Azrbaycan münasibətlərindən, hər iki xalqın başına gətirilən müsibətlərdən danışdı. Bunun dözülməz olduğunu bildirdi və dünya ictimaiyyətinin buna hələ də qiymət vermədiyini təəssüf hissi ilə qeyd etdi. Bildirdi ki, biz bunu soyqırım kimi tanıyırıq və tələb edirik ki, dünya ictimaiyyəti ermənilərin törətdiyi bu vəhşiliyə qiymət versinlər.  

Daha sonra Azərbaycan-İsrail Beynəlxalq Təşkilatının sədri Aleks Miller çıxış etdi və bu hadisəni qətiyyətli pislədi və bildirdi ki, bu təkcə hərbi cinayət deyil, bu həm də erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmədir”.

Xətai Əzizovun sözlərinə görə tədbirdə çıxış edənlər xüsusilə qeyd edirdilər ki, beynəlxalq ictimaiyyət bu istiqamətdə Azərbaycana dəstəyi artırmalı, erməni vəhşilikləri pislənməli, gec-tez bu məsələ hər yerdə hüquqi qiymətini almalı, cinayətkarlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.   O vurğulayıb ki, tədbirə iştirak dən ermənilər əvvəlkindən fərqli olaraq heç bir qarşıdurma yaratmayıblar.

Aytən Əliyeva

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü