Modern.az

Elmira Süleymanova Fransada döyülən azərbaycanlılarla bağlı bəyanat verib

Elmira Süleymanova Fransada döyülən azərbaycanlılarla bağlı bəyanat verib

Aktual

28 Fevral 2013, 18:21


Ombudsman Elmira Süleymanova Fransada döyülən iki azərbaycanlı ilə bağlı bəyanat verib. Modern.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, bu il bütün dünya dövlətləri insan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyini qeyd etməyə hazırlaşır. Bəyannamə məhz Fransada, Parisdə qəbul edilib və bu möhtəşəm sənədin əsas müəllifi də tanınmış fransız hüquqşünası Rene Kassen olub. Belə bir zorakılıq hadisəsinin məhz Fransa parlamentində, parlament üzvünün təhriki ilə baş verməsi, digər iştirakçıların isə buna laqeyd qalması Fransanın “insan hüquqlarının beşiyi və keşikçisi” adına xələl gətirir.
Bəyanat BMT-nin Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasının sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına, Avropa Ombudsmanlar İnstitutunun prezidentinə, Asiya Ombudsmanlar Asossiasiyasının prezidentinə, Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidentinə, Fransa Milli Assambleyasının prezidentinə, Fransa Respublikasının İnsan hüquqları üzrə Ombudsmanına, Fransa Respublikasının İnsan hüquqları üzrə Məşvərət Komissiyasının Baş Katibinə, Azərbaycanın Fransadakı səfirinə və Fransanın Azərbaycandakı səfirinə ünvanlanıb.

Gültəkin

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir