Modern.az

Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin olundu - SİYAHI

Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin olundu - SİYAHI

Təhsil

4 Mart 2013, 19:12

Ölkə başçısı İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi barədə sərəncam imzalayıb:

Modern.az-ın məlumatına görə, Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri aşağıdakı şəxslər təyin olunub:

dövlət orqanlarından:

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Novruzov Qulu Novruz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Səmədov Nazim Adil oğlu - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Məmmədov Cavid Nəriman oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

gənclər təşkilatlarından:

İsmayılov Şahin Əmir oğlu - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri

Mehdiyev Nurəddin Səftər oğlu - “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

Orucov Seymur Vaqif oğlu - “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri

Seyidzadə Şahin Kamil oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü