Modern.az

Prezident qadınları mükafatlandırdı - SİYAHI

Prezident qadınları mükafatlandırdı - SİYAHI

Təhsil

4 Mart 2013, 20:00

Prezident İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının sərəncamına görə, Azərbaycan Respublikasında təhsil, mədəniyyət, memarlıq və jurnalistika sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib.

“Əməkdar Memar”

Hacıyeva Yeganə Ərşad qızı
Həsənova Aybəniz Əşrəf qızı
Məmmədova Zahidə Gülməmməd qızı
Seyfullayeva Nelli Musa qızı

“Əməkdar Jurnalist”

Xəlilova Flora Fətula qızı

“Əməkdar Mədəniyyət İşçisi”

Atakişiyeva Dilarə Muradovna
Heydərova Şeyla Qaçay qızı
Qasımova Valentina Mixaylovna

Ölkə başçısı həmçinin ictimai həyatında səmərəli fəaliyyətlərinə görə və 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Cəfərova Səriyyə Müslüm qızı, Əlizadə Lətafət Məmməd qızı və Reyxrudel Larisa Yefimovnanın “Tərəqqi” medalı ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir