Modern.az

Hava yenə pisləşəcək

Hava yenə pisləşəcək

Təhsil

13 Mart 2013, 12:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 13-dən 14-ə keçən gecə və səhər Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Martın 14-də respublikanın bölgələrində hava şəraitinin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq kəsiləcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq, mülayim-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı