Modern.az

Millət vəkili Qusardakı problemləri Milli Məclisdə qaldırdı

Millət vəkili Qusardakı problemləri Milli Məclisdə qaldırdı

Təhsil

15 Mart 2013, 13:40

Milli Məclisdə hökumətin 2012-ci ildə fəaliyyəti ilə bağlı hesabatının müzakirəsi zamanı çıxış edən deputat Azər Badamov da hesabatı məqbul sayaraq ona səs verəcəyini bildirib və Baş nazirin diqqətinə təmsil etdiyi Qusar rayonunun bəzi problemləri çatdırıb. Modern.az-ın məlumatına görə, deputat seçicilərinin problemlərini hökumət qarşısında qaldıracağını qeyd edib.

“Ölkədə gedən islahatlar Qusar rayonunda da aparılır. Amma Qusar rayonunda məktəbəqədər təhsil müəssisələri çox azdır. Hətta Qusarın özündə 1800-dən çox azyaşlı uşaq bağçaya getməlidir. Qusar rayonunda ümumilikdə 180 nəfərlik 2 uşaq bağçası var və bu da uşaqların çoxunun bağçadan kənar qalmasına səbəb olur. Eyni zamanda burada istilik sisteminin olmaması səbəbindən odundan istifadə olunur. Rayonun mərkəzində olan 2 saylı uşaq bağçası yenidən qurulmalıdır. Qusarın bəzi yerlərində su təchizatı və magistral yolun yenidən təmir olunmasına ehtiyac var. Həmçinin ötən ildə qaldırdığım məsələlər hökumət tərəfindən həll edilib”, – deyə deputat bildirib.

Deputat Tahir Rzayev son günlər keçirilən aksiyalara münasibət bildirib. Deputatın sözlərinə görə, ölkədə inkişafı gözü götürməyənlər, demokratiyadan dəm vuranlar qanunsuz aksiyalar keçirir, sabitliyi pozmağa çalışırlar. T.Rzayev Azərbaycanda yüksək ixtisaslı həkimlər olduğu halda İran kimi ölkələrdən “möcüzəli müalicələr” vəd edən savadsız həkimlərin ölkəyə axmasının qarşısını almağı da zəruri sayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı