Modern.az

Ərdoğan Cümə namazına da gedə bilmədi

Ərdoğan Cümə namazına da gedə bilmədi

Təhsil

15 Mart 2013, 16:54

Modern.az türk mediasına istinadən xəbər verir ki, səhhətindəki narahatlığa görə həftə başından bu yana evində istirahət edən baş nazir Rəcəb Tayyib Ərdoğanın bu gün Cümə namazı qılması üçün evindən çıxması gözlənilsə də, müxbirlərin gözü bu gündə yolda qalıb. Qrip virusuna yoluxduğu üçün Kısklıdakı evində istirahət edən baş nazir bu günü də evində keçirib.

Artıq 3 gündür istirahət edən Ərdoğanın Cümə namazı üçün evdən çıxması gözlənilirdi. Ancaq Ərdoğan bu gündə evdən çıxmayıb. Onu evində ziyarət edən qudası Sadık Albayrak baş nazirin evinin yaxınlığındakı “Abdullah Ağa” məscidində Cümə namazını qılıb.

Bu arada Ərdoğanın evinin  qarşısında gözləyən vətəndaşlar da istəklərini nazirə mühafizəçilər vasitəsi ilə çatdırmağa çalışıblar.  

Şahanə Rəhmli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır