Modern.az

Heydər Əliyev Mərkəzinin Facebook və twitter səhifələri yaradıldı

Heydər Əliyev Mərkəzinin Facebook və twitter səhifələri yaradıldı

Təhsil

28 Mart 2013, 12:59



Modern.az saytının məlumatına görə, Facebook sosial şəbəkəsində Heydər Əliyev Mərkəzinin səhifəsi (//www.facebook.com/heydaraliyevcenter) yaradılıb.

Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin twitter sosial şəbəkəsində də hesabı (//twitter.com/AboutCenter) açılıb. Bu barədə Heydər Əliyev Mərkəzindən saytımıza məlumat verilib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi ölkə başçısının 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli sərəncamı əsasında yaradılıb. Mərkəz görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.

Mərkəzin binası Bakıda son tikilən müasir komplekslər sırasında öz modern üslubu ilə seçilir. Mərkəzin ümumi sahəsi 15,93 hektardır. Onun 2 hektarı əsas bina və digər tikililər, 13,93 hektarı landşaft ərazisidir.

Binada muzey, sərgi salonları, 967 nəfərlik auditorium (konfrans zalı), 2 çoxməqsədli zal, media mərkəzi, administrativ otaqlar var.

Mərkəzin binasının açılışı 10 may 2012-ci il tarixində olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 10 iyul 2012-ci il tarixdə Anar Ələkbərov mərkəzə direktor təyin edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü