Modern.az

ABŞ Səfirliyi Bakıda təhsil sərgisi təşkil edir

ABŞ Səfirliyi Bakıda təhsil sərgisi təşkil edir

Aktual

10 May 2013, 18:13

Mayın 11-də ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Bakı Təhsil Məlumat Mərkəzinin dəstəyilə EducationUSA-in “Alumni Fair” adlı ABŞ-da təhsil sərgisi keçiriləcək. Tədbirin məqsədi maraq göstərən bütün şəxsləri bir araya gətirib ABŞ universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir. Amerika Birləşmiş Ştatlarında yerləşən universitetlərin azərbaycanlı və əcnəbi məzunları  azərbaycanlı tələbələr, şagirdlər və eləcə də valideynlərlə görüşüb, onları maraqlandıran suallara cavab verəcəklər.

  ABŞ Universitetlərinin məzunları sərgi iştirakçılarını lazımı materiall və bukletlərlə təmin edəcəklər.  Sərgidə ABŞ Səfirliyinin nümayəndələri də iştirak edəcəklər. ABŞ-ın Azərbaycandakı Səfirliyi və Bakı Təhsil Məlumat Mərkəzi ABŞ-da təhsill proqramları ilə maraqlanan hər bir şəxsi bu sərgiyə dəvət edib. Sərgidə 25 dan çox universitet və digər ödənişsiz təhsil programları təmsil olunacaq.
Tədbir 11 may saat 15:00-da Caspian Business Center-də ( 2-ci mərtəbə) başlayacaq .

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı