Modern.az

Deputat Berlində keçirilən futbol turnirindən danışdı

Deputat Berlində keçirilən futbol turnirindən danışdı

Aktual

13 May 2013, 17:15

Mayın 10-da Berlin şəhərində Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə futbol turniri keçirilib. Bu haqda Modern.az-a açıqlamasında Rauf Əliyev bildirib ki, 13 yaş çərçivəsində 150 uşaqdan ibarət 10 komanda turnirdə iştirak edib. Bunlardan 5-i Almaniyanın, digərləri isə Çexiya, Danimarka, Polşa, Sloveniya və Almaniyada fəaliyyət göstərən “Azəri ” futbol klubları idi. Hazırda Berlin Federasiyasının icazəsi ilə “Azəri” komandası liqada iştirak edir. Turnirdə Azərbaycan diasporunun nümayəndəsi, Azərbaycanın Almaniyadakı səfiri, Azərbaycan yığma komandasını baş məşqçisi Berti Foqts, Azərbaycan-Almaniya dostluq evinin rəhbəri və Almaniyada yaşayan azərbaycanlılar iştirak edib. Yarışda birinci yeri Almaniya, ikinci yeri Çexiya, üçüncü yeri Danimarka, dördüncü yeri isə “Azəri” futbol klubu tutub. Bu turnirin təşkil olunmasında maliyyə dəstəyi Azərbaycan dövlət Neft Şirkəti və Azərbaycan Futbol Federasiyası edib. Millət vəkili qeyd etdi ki, bu turnir hər il mayın 10-da ənənəvi olaraq qeyd olunacaq. Turnir bitdikdən sonra “Eurovision” təmsilçisi Səbinə Babayeva konsert proqramı ilə çıxış edib. Azərbaycan mətbəxinin ləziz yeməkləri həm alman, həmdə azərbaycanlı vətəndaşlara təqdim olunub. 


 

Ulduz İBRRAHİMOVA  
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü