Modern.az

“Yəqin ki, Milli Şurada biz də olacağıq” - AÇIQLAMA

“Yəqin ki, Milli Şurada biz də olacağıq” - AÇIQLAMA

Aktual

21 May 2013, 17:07


“Bizim mövqeyimiz bütün demokratik qüvvələrlə danışıqlar yolu ilə format müəyyən etmək və seçkidə vahid komanda ilə mübarizə aparmaqdan ibarətdir”. Bunu Modern.az- açıqlamasında İslam Partiyasının sədr müavini Rövşən Əhmədov müxalifət liderləri İsa Qənbər və Əli Kərimlinin Milli Şurada təmsil olunmaqla bağlı demokratik və müxalif qüvvələrə etdiyi çağırışlara münasibət bildirərkən deyib. Sədr müavini qeyd edib ki, bu istiqamətdə müxtəlif partiyalarla görüş də olub. Partiya rəsmisi bildirib ki, “El” Hərəkatının yaradılmasını da normal qəbul edirlər.
“Biz bu addıma müsbət yanaşmışıq. Hal-hazırda da “El” Hərəkatında təmsil olunuruq”. Milli Şuranın yaradılmasında iştirakla bağlı məsələyə də toxunan Rövşən Əhmədov əlavə edib:
“Milli Şuranın yaradılması ən düzgün və hamını bir araya  gətirə biləcək bir formatdır. Hamımızın istəyi eyni məqsəd və mərama xidmət edirsə, demək Milli Şura məsələsində də birlik nümayiş etdirmək vacibdir. Mükəmməl komanda və proqramın həyata keçirilməsi ilə hər hansı bir müsbət nəticə əldə etmək mümkündür. Milli Şuranın yaradılması ilə bağlı aparılan danışıqlardan xəbərimiz var. İslamçıların da Milli Şurada təmsil olunması müzakirə olunub və müsbət qarşılanıb. Yəqin ki, İslam Partiyası da Milli Şurada təmsil olunacaq”.

Xatırladaq ki, bir müddət öncə Müsavat başqanı İsa Qənbər və AXCP sədri Əli Kərimli İctimai Palatanın sessiyasında bütün müxalif və demokratik qüvvələri Milli Şuranın formalaşmasında iştiraka çağırıb. Artıq bir neçə partiya ilə bununla bağlı müzakirələrin getdiyi də qeyd olunur.

 

  Aqşin KƏRİMOV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü