Modern.az

Azay Quliyev Milli Platforma üzvləri ilə görüşüb - FOTO

Azay Quliyev Milli Platforma üzvləri ilə görüşüb - FOTO

Aktual

21 May 2013, 20:40


Avronest Parlament Assambleyasının 27-28 may 2013-cü il tarixində  Brüsseldə keçiriləcək plenar iclasının gündəliyinə  tanınmayan, konfliktli ərazilərin QHT və fəallarının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti  Forumunda iştirakları ilə bağlı məsələ salınıb.

Şərq Tərəfdaşlığının Azərbaycan Milli Platformasının bir qrup üzvü  bu məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Avronest Parlament Assambleyasının üzvü, millət vəkili Azay Qulievlə görüşüb.  Görüşdə  millət vəkili  Azay Quliyev  Avronestin Parlament Assambleyasının   gündəliyindəki məsələ barəsində  ətraflı məlumat verdi.  Milli Platformanın üzvü  Əvəz Həsənov  bildirdi ki,  bu  məsələ 2009-2010-cü illərdə onun koordinator olduğu dövrdə də Forumda müzakirə olunmuş və mütamadi olaraq Azərbaycan tərəfinin  etirazı nəticəsində məsələ beynəlxalq hüquq normaları nəzərə alınaraq həll olunub.

Nəzərinizə çatdıraq ki bu ilin 4-5 aprel tarixində  Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin  İrəvanda keçirilmiş toplantısında  münaqişə zonasından olan vətəndaş cəmiyyəti təşkilatlarının  iştirakı  yenidən gündəmə gəlib  və Azərbaycan Milli Platformasının məlum bəyanatından sonra  tərəflər arasında ümumi razılaşma əldə olunub.  Buna baxmayaraq məsələnin Avronestin  Parlament Assambleyasının gündəliyinə salınmasını narahatçılıqla qarsalayan görüş iştirakçıları millət vəkilindən plenar iclasda məsələnin  müzakirəsindən çıxarılması üçün səylər göstərməsini istəyiblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı