Modern.az

Bakıda qadın jurnalisti döydülər

Bakıda qadın jurnalisti döydülər

Təhsil

21 May 2013, 23:53


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) xanım əməkdaşı Vəfa Nağını Bakıda döyüblər. Modern.az-ın məlumatına görə, bu barədə jurnalist özü sosail şəbəkələrdə məlumat yayıb. Metronun “20” Yanvar stansiyası yaxınlığında tanımadığı iki nəfər tərəfindən döyülən jurnalist belə hadisənin ilk dəfə başına gəlmədiyini deyib.

“20 Yanvar”da iki oğlan mənə hücum etdi mədəmin üstündən iki təpik vurub yerə yıxdı,paltarım cırıldı, qoluma da təpik vurdu qolumu və mədəmi ağrıdan dayandıra bilmirəm, polisə müraciət etdim dedi ki ,bu adamları tapa bilməyəcəyik,ikinci dəfədir ki,mənə küçədə hücum olunur və döyürlər mən bilmirəm hüquqlarımı necə müdafiə edim?”-deyə xanım jurnalist bildirib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü