Modern.az

İctimai Palata mitinq qərarı verdi

İctimai Palata mitinq qərarı verdi

22 May 2013, 18:35

Bu gün İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçirilib. Modern.az-ın məlumatına görə, yığıncaqda ölkədəki ictimai-siyasi durum və cari məsələlər müzakirə olunub.
Xalq Cümhuriyyətin 95 illiyi ilə bağlı mayın 28-də Novxanıda mitinqin keçirilməsi qərara alınıb.

KŞ-ın toplamntısında həmçinin  “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulması, “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın hədələnməsi və hüquq-mühafizə orqanlarının bununla bağlı müraciətlərə cavab verməməsi və RATİ-nin əməkdaşı Vəfa Nağının döyülməsi kəskin şəkildə pislənilib, bütün bunlar söz azadlığına basqı kimi qiymətləndirilib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü