Modern.az

Prezidentliyə namizədlər üçün bu gün daha bir püşkatma olacaq

Prezidentliyə namizədlər üçün bu gün daha bir püşkatma olacaq

Təhsil

17 Sentyabr 2013, 10:27

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin və Mərkəzi Seçki Komissiyasının «Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında» Təlimatına əsasən, rəsmi dövlət nəşri olan «Azərbaycan» qəzeti təbliğat və təşviqat kampaniyasında prezidentliyə qeydə alınmış namizədlər üçün ödənizsiz əsaslarla təşviqat materiallarına yer ayırır.
Namizədlərin təşviqat materiallarının səhifələrdə yerləşdirilməsi ardıcıllığını müəyyənləşdirmək üçün sentyabrın 17-də saat 12.00-da «Azərbaycan» qəzetinin redaksiyasında (Bakı, Mətbuat Prospekti, 529-cu məhəllə, 4-cü mərtəbə, «Heydər Əliyev və Azərbaycan mətbuatı» muzeyi) püşkatma keçiriləcək.

Qeydə alınmış namizədlərin səlahiyyətli nümayəndələrinin püşkatmada iştirakı gözlənilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü