Modern.az

Tovuzdakı Koroğlu qalası adlanan yüksəklikdə xəzinə tapılıb

Tovuzdakı Koroğlu qalası adlanan yüksəklikdə xəzinə tapılıb

İqtisadiyyat

3 Oktyabr 2013, 15:03
Modern.az saytına daxil olan məlumata görə, Tovuz rayonunun ucqar kəndlərindən olan Baqqallıdakı Koroğlu qalası adlanan yüksəklikdə naməlum şəxslər tərəfindən qazıntı işləri aparılır. Məlumat verən mənbə bildirib ki, kim olduqları bilinməyən şəxslər əraziyə kənd sakinlərini də buraxmırlar. Kənd sakinləri bununla bağlı xeyli şikayət də ediblər. Amma qazıntı işləri daha da sürətlənib. 
Bildirilir ki, həmin ərazidə Sasanilər dövründən qalma qızıl yataqları “gizlənib”. Ehtimal ki, qazıntı aparanlar IV əsrdən qalma xəzinənin axtarışı ilə məşğuldurlar.

Tovuz rayonunda qədim tariximizin sirli məqamlarının yatması heç kimə sirr deyil.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarixi romanlar müəllifi Cəlaləddin mətbuata çıxış etdiyi məqaləsində Tovuzun Baqallı kəndindən bəhs edib. Müəllif yazıb: “Baqqallıda gözümə bir  əzəmətli dağ sataşdı. Sanki içimdən bir səs məni o dağa  tərəf çəkib apardı. Dağın zirvəsinə qalxmağa başlamışdım ki, daş parçalarından oyulmuş qapıya rast gəldim. Qapının ağzı hörüklə tikilərək bağlanmışdı. Mən orada başqa qapılara da rast gəldim. Düşündüm ki, görünür dağın içərisində mağaralar olub, sonradan bu  mağaraların ağzı bağlanıb. Mən dağa qalxdıqca digər  qədim tikililərə də rast gəldim. O dağ qədim tariximizin izlərini özündə yaşadırdı. Dağın zirvəsində isə ən möhkəm qayaların arasında hündürlüyü 6 metrdən artıq olan 3 quyu var idi.  Dördüncü quyu isə başqa tərəfdə yerləşirdi və dibi görünmürdü. Bu dağın möcüzəvi quruluşu  sanki  məni sehrlədiyindən növbəti gün səhərdən axşama qədər dağın ətrafında  dolaşdım, dağın üstündəki qədim tikililərə nəzər yetirdim. Mən orada bir  neçə şəkil çəkdirdim. Özlüyümdə  qərar verdim ki, bu dağda hiss etdiyim qeyri-adiliyi sonadək öyrənməyə çalışacağam. Gərək olsa, bu işə tarixçiləri və digər mütəxəssisləri  də cəlb edəcəyəm”. 

Baqqallı kəndinin maraqlı bir tarixçəsi var. Barəsində danışılan dağ isə el arasında Koroğlu qalası adlanan yüksəklikdir. Sirli tikilinin də orda olması güman edilir. Əvvəlcə öz sirri və totemləri ilə diqqəti çəkən dağ  sonradan xəzinə yuvası kimi dəyərləndirilib. Uzaqdan baxarkən dağın üzərində insan kəlləsi və digər sirli totemlərin (şeytan, mələk başı) cizgiləri əks olunub. Müəllif tərəfindən 500 metr məsafədən çəkilən şəkillərdə başında tac olan qadın, müxtəlif formalı uşaq şəkilləri də öz əksini  tapıb.



Elmin Nuri      
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır