Modern.az

Elşad İskəndərov Qədir-Xum təbriki etdi

Elşad İskəndərov Qədir-Xum təbriki etdi

Təhsil

24 Oktyabr 2013, 14:38


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Qədir-Xum bayramı münasibətilə Azərbaycanın şiə müsəlmanlarını təbrik edib.
Modern.az xəbər verir ki, komitə sədri özünün Facebook səhifəsində yazdığı təbrikdə qeyd edib:

”Bütün Əhli-beyt sevən bacı və qardaşlarımızı Nəbevi vəsiyyəti rəmzi – Qədr-Xum bayramı münasibətilə təbrik edir, Əhli-beyt sevgisinin Ümmətin birləşdirilməsi və hər 2 anlamda xeyirlərə vəsilə olmasını təmənni edirəm”.

Qədir-Xum şiələrin böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur:

Şimal istiqamətində bir yol Mədinəyə gedir;
Şərq istiqamətində bir yol İraqa gedir;
Qərb istiqamətində bir yol Misirə gedir;

Cənub istiqamətində bir yol Yəmənə gedir. Hal-hazırda bu diyar tərk olunmuş bir yerdir. Lakin bir zamanlar İslam tarixinin ən böyük hadisələrindən birinin şahidi olub. O hadisə Məhəmməd peyğəmbərin (s) Əli ibn Əbu Talibi canişin təyin etməsi idi. Xəlifələr siyasi səbəblər üzündən bu böyük tarixi hadisəni xatirələrdən silmək istəsələr də, hazırda bir çox təəssübkeş insanlar məlum dəlillərə əsasən, onu məhv etmək, yaxud əhəmiyyətsiz qələmə vermək istəsələr də, bu hadisənin tarix, hədis və ərəb ədəbiyyatında ifa etdiyi geniş rol onu məxfi saxlamağı, yaxud tarix səhifəsindən silməyi mümkünsüz edir.

Modern.az  
 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü