Modern.az

“Təmiz Şəhər” kurslar təşkil edəcək

“Təmiz Şəhər” kurslar təşkil edəcək

Təhsil

4 May 2010, 16:49

“Ekologiya ili” çərçivəsində “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə mayın 18-də “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda təlim-tədris kursu keçiriləcək.

Bu barədə Modern.az-a “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Təlim-tədris kursunda mütəxəssislər tərəfindən tullantıların idarə edilməsi sahəsində mövcud qanunvericilik bazası, tullantılarının emalı sahəsində müasir texnologiyaların tətbiqi, müəssisələrin təkrar xammaldan istifadə potensialının gücləndirilməsi, tullantıların idarə edilməsinin iqtisadi səmərəliliyinin artırılması, tullantıların emalının əsas xüsusiyyətləri, tibbi tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsiri və digər mövzularda məruzələr oxunacaq.

Təlim-tədris kursunda iştirak etmək istəyənlər özləri barədə qısa yazılı məlumatı (ad, soyad, vəzifə və əlaqə məlumat göstərilməklə) “Təmiz Şəhər” ASC-nin  [email protected] elektron poçt ünvanına və ya faks vasitəsilə (464-41-10, 461- 41-11) “Təlim-tədris kursunda iştirak” başlığı altında göndərə bilər. Müraciətlər may ayının 15-dək qəbul ediləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü