Modern.az

Davutoğlu:”Türkiyə - Ermənistan protokolu ölməyib...”

Davutoğlu:”Türkiyə - Ermənistan protokolu ölməyib...”

Təhsil

4 May 2010, 17:13

“Türkiyə - Ermənistan protokolu ölməyib, biz buna imkan vermərik”. Modern.az Türkiyənin  “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin  xarici işlər naziri Əhməd Davutoğlu Londonda türk ziyalıları ilə görüşində bildirib. XİN başçısı yaxın  vaxtlarda bu məsələdə razılaşma əldə olunacağını deyib. “Milliyyət”in yazdığına görə, Davutoğlu London görüşlərində Ermənistanla münasibətlərin nizamlanması məsələsini  müzakirə edib. XİN başçısı qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesindən danışarkən  Azərbaycanı yaddan çıxarmaq olmaz. “Əgər Qarabağda silahlı münaqişə başlasa, açılmalı olan sərhədlər yenidən bağlana bilər. Hələlik Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsi  üzrə diplomatik danışıqlar gedir. Əgər Ermənistan  işğal etdiyi rayonlardan bir neçəsini qaytararsa, onda türk cəmiyyətində psixoloji  baryeri aşmaq mümkün olacaq və sərhədlər açılacaq. Bundan həm Ankara, həm Bakı və həm də İrəvan qazanacaq”,-deyə Davutoğlu bildirib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü