Modern.az

Magistratura imtahanlarının nəticələri açıqlandı

Magistratura imtahanlarının nəticələri açıqlandı

Təhsil

4 May 2010, 17:38

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il mayın 2-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.

TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanın nəticələri artıq aşıqlanıb və qurumun internet saytında (tqdk.gov.az) yerləşdirilib. Bakalavrlar topladıqları ballar haqqında məlumatı "İmtahancell" xidmətindən də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 15362 bakalavr ərizə vermişdi. Onlardan 447 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri sual kitabçasını, cavab kartını dəyişdirərkən, 1 nəfər isə imtahan zalına mobil telefon keçirməyə cəhd göstərərəkən qeyd olunan  hallar zal nəzarətçiləri və imtahan rəhbərləri tərəfindən aşkarlanmış və onlar imtahandan xaric olunmuşlar.

Qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə 2010-cu il  may ayının  5-dən  7-dək  appelyasiya komissiyası tərəfindən baxılacaqdır.

Birinci mərhələnin nəticələrinə görə 6870 bakalavr ikinci mərhələyə buraxılmışlar. Onlardan  3218  nəfərini oğlanlar, 3652 nəfərini isə qızlar təşkil edir. İkinci mərhələdə iştirak hüququ qazanan bakalavrlardan 4224 nəfəri ali təhsil müəssisələrinin builki məzunlarıdır.

İkinci mərhələyə buraxılan bakalavrlar 2010-cu il iyunun 7-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İkinci mərhələnin imtahanı 2010-cu il iyunun 20-də keçirilir və bakalavrların  ixtisas üzrə bilikləri test üsulu ilə onlara  50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılacaq. Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü