Modern.az

Viktor Yuşşenko azərbaycanlı jurnalistə müsahibə verdi: “Ukraynadakı bu vəziyyətə görə 3-cü tərəfə ehtiyac var” - FOTOLAR

Viktor Yuşşenko azərbaycanlı jurnalistə müsahibə verdi: “Ukraynadakı bu vəziyyətə görə 3-cü tərəfə ehtiyac var” - FOTOLAR

Aktual

9 Dekabr 2013, 11:23

“Ukraynada indi baş verənləri dəqiq analiz edə bilmək üçün əvvəlcə etirazlar yeni başlayanda nə tələb edildiyini xatırlamamız çox əhəmiyyətlidir. Yalnız bir tələb vardı: Avropaya inteqrasiya. Bu tələb niyə belə aktualdır?”.

Modern.az saytının məlumatına görə, bunu TRT Türk-ə müsahibəsində Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib. Qeyd edək ki, Viktor Yuşşenkodan müsahibəni TRT-də çalışan azərbaycanlı jurnalist Könül Şamiqlızı alıb.
 
V.Yuşşenkonun sözlərinə görə, Ukrayna çox asan olmayan bir dövrdə yaşayır: “Azadlıqlar, demokratiya çox azdır, sərmayəçilər qaçır,  kifayət qədər böyük büdcə açığı var.  İnsanlar ictimai standartlarının daha yüksək olmasını arzu edirlər, maaşlarının yaxşı olmasını istəyirlər. Yəni hər yerdə, hər xalqda ola biləcək  çox sayda problemlər var. Xalq bütün bu problemlərin həllini necə görür?  Ukrayna xalqının 75 faizi bu problemlərin həllini Avropaya inteqrasiyada görür. İnsanları meydana gətirən də bu istək oldu. Vilnüsdə Avropa Birliyi  ilə assosiativ sazişin imzalanmaması bu xəyallara xəyanət oldu”.

Onun fikrincə, müasir siyasətlərə Avropa siyasətini  mənimsəmək lazımdır: “Etmədilər və insanları meydana çıxaran da bu oldu”.

Yuşşenko deyib ki, yaxın 2, hətta bəlkə 5 il içərisində Avropa üçün ən əhəmiyyətli xarici siyasət mövzusu Ukrayna olacaq: “Ukrayna harada olacaq?  Ya Avropadakı kimi  demokratiya siyasətini  davam etdirəcək, inkişaf etdirəcək, ya da Asiya siyasətini, imperatorluq siyasətlərini seçəcək. Çünki Rusiya üçün Ukrayna xarici siyasət baxımından hər vaxt birinci sırada dayanır.  Ukrayna mövzusu bir nömrəli mövzudur.  Çünki Ukrayna olmadan Gömrük İttifaqı da, sərbəst ticarət bölgəsi də,  Avrasiya İttifaqı da olmayacaq.  Kreml çox sayda xarici siyasət layihələri düşünə bilər. Ancaq Ukrayna iştirak etməyəcəksə, o layihələr iflasa uğrayacaq. Bu səbəbdən Rusiya zaman itirmədən, ara vermədən və çox möhkəm çalışır”.

Keçmiş prezidentin sözlərinə görə, Rusiya çox asanlıqla başqalarının daxili işlərinə müdaxilə edə bilər,  informasiya məkanını ələ keçirməyə çalışa bilər, dövlətə qarşı fəaliyyətdə olan siyasi gücləri özünə işlədə bilər:

“Moskva belə sərt,  həyasız üsullarla siyasət edir.  Demokratik Avropa üçün isə bunlar qəbul edilə bilən, xarakterik deyil.  Bunlar tamamilə başqa yanaşmaladır.

İkincisi, mən taktikada səhv edildiyini düşünürəm. Son 8 ayda biz inteqrasiya problemlərini danışmadıq.  İstər maliyyə-iqtisad, istərsə də digər sahələrdə həqiqətən çox problemlər var.  Ancaq bütün bu müddət içərisində Ukraynaya tək Timoşenko mövzusunun müzakirəsini təklif etdilər.  Həm də ultimatum şəklində. Mənə görə bu, həqiqətən prioritetli olan digər mövzuları ikinci plana atdı. Və bu mövzu şüurlu yaxınlaşma müddətinə  təsir etdi”.

Keçmiş prezidentin fikrincə, Ukraynadakı bu vəziyyətin hüquqi həlli üçün üçüncü tərəfə ehtiyac var:
"Eynilə 2004-cü ilin noyabrında olduğu kimi. İqtidar və hökumət meydanla danışmaq istəmirdi, mən Avropa Birliyi dövlətlərinin  başçıları olan dostlarımı axtarırdım və bunu söyləyirdim: Sevimli dostlar, bizə milli siyasi dialoqun təşkilində köməkçi olun. Bizim eyni masanın arxasında oturub nə etməmiz lazım olduğunu, Ukrayna ilə əlaqədar planlarımızın nə olduğunu müzakirə etməyimiz lazımdır.  Eynisini indi bu mövzu ilə də bağlı etmək lazımdır.  Bizə Timoşenko mövzusunda da üçüncü tərəf lazımdır. Bilirsinizmi, bəlkə mən fantaziya qururam,  amma bəlkə iqtidar, müxalifət və üçüncü tərəf arasında görüşlər olsa,  rejim üçün bəzi  zəmanətlər ortaya çıxa bilər. Yəni bəlkə də belə bir qərar üçün  bizə zəmanət verə biləcək bir tərəfdaş lazımdır.  Söyləmək istədiyim bu: AB missiyası və eyni masa arxasında oturmayan iki tərəflə bu problemi həll etmək mümkün deyil. Bizim bu problemi həll etmək üçün nə etməyimiz lazım olduğunu hiss edə bilməmiz lazımdır".





Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü