Modern.az

Gürcüstanda yaşayan azərbaycanlı gənclərin I qurultayı keçiriləcək

Gürcüstanda yaşayan azərbaycanlı gənclərin I qurultayı keçiriləcək

Təhsil

14 May 2010, 13:21

Sabah, mayın 15-də Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyilə Marneuli şəhərindəki Nəriman Nərimanov adına Mədəniyyət Evində Gürcüstanda yaşayan azərbaycanlı gənclərin I qurultayı keçiriləcək. Mareulidəki  Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov bildirib ki, qurultayın əsas məqsədi azərbaycanlı gənclərin Gürcüstanın  vətəndaş cəmiyyətinə inteqrasiyası, onların ictimai həyatda rolunun artılılması və bəzi problemlərin həllini müzakirə etməkdir.   Tədbirdə Azərbaycanlı gənclərin ölkənin ictimai-siyasi həyatında rolu, “Gürcüstan Azərbaycanlı Gənclər İttifaqı”nın təsis olunması məsələləri olunacaq. Qurultayda 300-dək nümayəndənin iştirakı nəzərdə tutulub. Tədbirə ictimai təşkilatlarda çalışan azərbaycanlı gənclər, ali məktəb tələbələri, ziyalılar qatılacaq. Qurultayda Azərbaycan Diasporla İş uzrə Dövlət Komitəsinin nümayəndələri, həmçinin Gürcüstan rəsmi dairələrinin təmsilçiləri də iştirak edəcəklər. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü