Modern.az

Böyük Liderlə bir gündə anadan olmaq xoşbəxtliyi

Böyük Liderlə bir gündə anadan olmaq xoşbəxtliyi

30 Yanvar 2014, 17:47

Cəmi  bir neçə saat sonra 41-i başa vurub, 42-yə qədəm qoyacam... Yaşımın üstə bir yaş da gələcək, bir yaş da qocalacam və deyim ki, qocalmaqdan da qorxmuram... Təki hər kəsə qocalıq qismət olsun!

Şikayətlənmək də istəmirəm, ancaq düzünü desəm, 41 mənim üçün o qədər də düşərli olmadı, üzüntülərim, qayğılı anlarım çox oldu, bununla belə, hər zaman olduğu kimi, yenə Şükür edirəm Allahıma... Şükür edirəm ki, hələ ki, ayaqlarım üstə dayana bilirəm, ağlım yerindədir... Şükür erdirəm ki, nə yaxşı ki, balalarım-qızlarım-canlarım, canım Anam, ömür-gün yoldaşım, əziz bacım, bacımın balası,  mənə əziz, doğma, saf, dürüst, təmənnasız, səmimi, sağlam olan, məni mən kimi anlayan, qəbul edən insanlar-dostlar, tanış-bilişlər  ətrafımdadırlar, sağ-salamatdırlar... Şükür edirəm, duaçıyam və inanıram ki, 42 daha düşərli, daha şükranlı olar, olacaq... 

Eyni zamanda və ən əsası Böyük Yardanımıza Şükür edirəm ki, nə yaxşı ki, məhz 31 yanvarda- Şimallı-Cənublu Azərbaycanımızın, Tük Dünyasının nəhəng, parlaq şəxsiyyətlərindən olan Böyük Lider Məhəmməd Əmin Rəsulzadə ilə bir gündə anadan olmuşam... Bundan böyük xoşbəxtlikmi olar?! Nə mutlu mənə!

Yeri gəlmişkən, bəziləri öz mənfəətləri, öz çıxarları naminə naqiscəsinə, vicdansızcasına  tarixi, Məhəmməd Əmini inkar, həqiqətləri nə qədər təhrif etməyə, danmağa, saxtalaşdırmağa çalışsalar da, indiyə kimi heç nəyə nail ola bilməyiblər, bundan sonra da heç nəyə nail olmayacaqlar.  Çünki Rəsulzadə Azərbaycan xalqının, Azərbaycan Türklərinin qəlbində, köksündə  özünə əbədilik heykəl ucaldıb. Xalqın qəlbində, köksündə  ucalan heykəli isə Böyük Yaradandan savayı heç bir qüvvə, hətta,  cümlə-cahan bir yerə yığılsa belə, uçura bilməz. 

Böyük Yardanımız Məhəmməd Əmin Rəsulzadənin ruhunu şad etsin, ruhu Azərbaycanımızın, Türk Dünyamızın köməyi, bizim köməyimizdə olsun! Şair demişkən, biz də əmin, sən də əmin ol kişi, Məhəmməd Əmin Kişi!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü