Modern.az

Qarabağ xalıları örgütü...

Qarabağ xalıları örgütü...

Aktual

14 Mart 2014, 22:18

“Qarabağ Xalısı” örgütü Qarabağın Martuni (bizim Xocavənd) şəhərində yeni şöbəsini açıb. Armenpres-in xəbəri belə başlayır. Bu “Qarabağ Xalısı” təşkilatının rəhbəri Sevak Xaçaturyan deyir ki, Stepanakert (Xankəndi) və Şuşidə (Şuşa) də yeni şöbələr açmağı planlayırlar. Məqsədi isə Qarabağ xalısının keçmiş hörmətini, populyarlığını bərpa etmək və Azərbaycanın xalıya sahib çıxmasına qarşı mübarızə aparmaqdı. Xaçaturyan bunun həm də bir siyası savaş olduğunu bəyan edir. Bax belə.

Bu xəbəri oxuyanda başımdan elə bil qaynar qazandan suyu tökdülər. Yandım kül oldum. Kül olmuş torpaqlarımızdan daş alıb başıma vurardım. Amma indi o torpağın külünə də möhtac olduğumuzdan bu xoşbəxtliyə nəsib ola bilmirik. İllərlə analarımızın əlləri qabarlaya-qabarlaya, gözlərinin nurunu axıdıb toxuduqları Qarabağ xalısı da elə torpaqlarımız kimi işğal olunub. Xəbəri araşdırdım demək olar ki, Ermənistanın həm türk, həm də ermənicə yayımlanan bütün saytlarında yer alıb. Sonra Qarabağ kilimləri, xalıları ilə baglı araşdırmaq istədim, indi durum nə yerdədi? İşğaldan sonra bu xalıları necə yaşadırıq. Bu dəfə isə başqa bir mənzərə ilə rastlaşdım. Türkiyədə 5-6 onlayn sistem var ki, orda məhz Qarabağ xalıları və antik Qarabağ kilimləri satılır. Həm də ən çox satılanlar arasındadı.  

Qiymətlər müxtəlifdir və hazırda sezon endirimi var. Təsəvvür edirsiniz də? Qarabağ xalısına qış sezonu endirimi? Sanki, geyim və ya mətbəx əşyasıdır.  Qiymətlər müxtəlifdir 2500 türk lirəsindən 500 lirəyə qədər. Təbii ki ölçülərinə görə qiymətlər dəyişir. Saytlardən birində  qeyd edilmiş müştəri xidmətləri bölümünü aradım. Özünü müştəri təmsilçisi kimi təqdim edən Tolqahan Salimlə danışdım. Kilim almaq üçün hara gələ biləcəyimi soruşuram və yer deməsi üçün israr edirəm. Tolqahan bəyin cavabı belə olur:

“Bizə yanlız sitədən xalıların altında yazılan kodu göndərməklə sifariş verə bilərsiniz. Bu xalılar əl işidir və biz evdən işləyirik. Konkret məkanımız yoxdu”.

Tolqahan bəylə uzun danışıqdan sonra məlum olur ki, bu xalılar Qarabağdan gəlmir. Əvvəllər bir neçə nümunə gəlib, həm Azərbaycandan, həm də Ermənistandan. Sonra o nümunələrin üzərində İstanbulda və Türkiyənin müxtlif bölgələrində xanımlar bu xalıları toxuyur. Tolqahan Salimin dediyinə görə, ən çox satılan və nadir nümunələrdən sayılan Qarabağ xalısına maraq böyükdür.

“Əslində biz turistlərlə və böyük şirkətlərlə işləyirik. Ağaoglu şirkəti ən aktiv müştərimizdir. Bir də kilimləri Sultanahmetdə satırıq. İngilislər və almanları bu kilimlərə böyük maraq göstərir. Ən cox alıcılarımız və internet üzərindən sifariş verənlərimiz də onlardır”.

“Qarabağ xalıları nədən endirimdədir” sualının cavabını da alıram. Deyir ki, indi qış sezonu olduğundan turustlırin sayı azdı və o üzdın alıcıları da zəifdir. Əslində kilimlər yay fəslində daha çox və baha satılır.

“Biz tək sifarişləri ucuz satırıq. Məsələn, onlayn satışlarımız daha sərfəlidir. Amma Sultanahmeddə satılan xalılar demək olar ki, ikiqat bahadır”. 

Dözməyib müştəri təmsilçisinə deyirəm ki, ay bəy, axı mən də Qarabağlıyam. Qarbağ Azərbaycanın tarixi, qədim torpağıdır. Necə olur ki, ora məxsus  və indi çox nadir olan xalılar belə kütləvi satılır və durmadan istehsal edilir. Cavabı oxuyun:

“Bəli, mən Qarabağ haqqında çox bilirəm. Təbii ki, biz satdığımız xalıların, kilimlərin tarixini də öyrənirik. İndi Qarabağda savaş gedir. Orda bu xalılar toxunmur. Biz əslində o tarixi yaşadırıq. Məncə burda qırılacaq bir şey yoxdur”.

Tolqahan Salımdən son olaraq elanın “Antika kilim” bölümü ilə bağlı soruşuram. “Antik əşyaları hardan gətirmisiz” sualım cavabsız qalır. Müştıri təmsilçisi bunu açıqlamaq hüququ olmadığını deyir. Sonra “əgər başqa sualınız yoxdursa, o zaman istədiyiniz sifarisi sitemizdən verin”-deyərək sağollaşır.  

O “sağ ol” deyir. Amma Qarabağın pərən-pərən düşmüş tarixini gördükdən sonra sağlamlıq haramdır. Analarımızın qabarlamış əli ilə toxunmayam kilimlərimizin acı taleyinə nə deyəcəyimi də bilmirəm. Onların gözlərinin nuru getmiş kilimlərimizə baxmaq üçün gözlərimi və başımı qaldırmağa utanıram...

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü