Modern.az

Pulla vətəndaşlıq hüququ verən ölkələr-SİYAHI

 Pulla vətəndaşlıq hüququ verən ölkələr-SİYAHI

Dünya

16 Mart 2014, 02:39

Bəzi ölkələr xarici ölkə vətəndaşlarına müəyyən məbləğ müqabilində vətəndaşlıq hüququ verir.

Pul qarşılığında vətəndaşlıq verən ölkələri və  tələb olunan şərtləri Modern.az saytı sizə təqdim edir.

Dominikan Respublikası

Dominikan Respublikasında tək adam üçün 100 min dollar tələb olunsa da, həyat yoldaşı və uşaqlara görə bu məbləğ 200 min dollara qədər yüksəlir. 

Avstriya 

Avstriyada 6-10 milyon avroluq risk sərmayə investisiyası lazım gəlir. Vəqflərə verilən 2 milyon avroluq ianə müqabilində də vətəndaşlıq hüququ verilir. 

İngiltərə

İngiltərə təxminən hər 2,5 dəqiqədə bir vətəndaşlıq verərək 13 ildə 2 milyondan çox insana vətəndaşlıq haqqı tanıyıb.

Makedoniya 

Makedoniyada 40 min avroluq daşınmaz əmlak alan xaricilərə bir illik qeydiyyat icazəsi, 400 min avro dəyərində investisiya yatırana və ən az 10 işçi işə götürənlərə isə vətəndaşlıq hüququ verilir.

Bolqarıstan 

Bolqarıstanda ən az bir il daimi qeydiyyatı olan və 1 milyon leva (1,2 milyon dollar) və daha çox investisiya yatıran əcnəbilərə vətəndaşlıq hüququ verilir.

Avstraliya 

Avstraliyada 4.7 milyon dollarlıq investisiya yatıran əcnəbilərə vətəndaşlıq hüququ verilir. 

Almaniya 

Almaniyada gərəkli olan minimum investisiya məbləği 250 min avro olaraq müəyyənləşsə də, alman vətəndaşlarının da işə götürülməsi məcburidir. 

Kanada 

Kanada 400 min dollarlıq investisiya ilə birlikdə, 800 min dollarlıq əlavə hesaba sahib olmasını tələb olunur.

Uruqvay 

Uruqvayda vətəndaşlıq hüququ üçün investisiya tələb olunmasa da, adambaşına düşən aylıq gəlirin 1200 dollar olması məcburidir. Əvvəlcə, müvəqqəti qeydiyyat, 3 ildən sonra isə tam vətəndaşlıq verilir.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!