Modern.az

BMT Krımdakı referendumun nəticələrini tanımayıb -FOTO

 BMT Krımdakı referendumun nəticələrini tanımayıb -FOTO

Təhsil

28 Mart 2014, 00:27


Modern.az saytı
xəbər verir ki, Krımda keçirilmiş referendum  BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən qanunsuz hesab olunub.

Qətnaməyə əsasən, Baş Assambleya vurğulayır ki, Krım Muxtar Respublikasında və Sevastopolda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumun qanuni qüvvəsi olmadan Krım Muxtar Respublikasının və ya Sevastopol şəhərinin statusunun dəyişdirilməsinə əsas ola bilməz.  

Qətnamənin qəbul olunmasına 100 ölkə lehinə,  11 ölkə isə əleyhinə səs verib. 58 ölkə bitərəf qalıb. 

Qeyd edək ki, qətnamənin qəbul olunmasına Azərbaycan lehinə, Ermənistan isə əleyhinə səs verib.

Rusiyanın mövqeyini dəstəkləyən ölkələr bunlardır: Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Rusiya, Sudan,Suriya, Venesuela, Zimbabve.

Qətnaməyə əsasən, Baş Assambleya Ukraynanın beynəlxalq səviyyədə tanınmış suverenliyi, siyasi müstəqilliyi, vahidliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır