Modern.az

Türkiyədə bələdiyyə seçkiləri keçirilir

Türkiyədə bələdiyyə seçkiləri keçirilir

Dünya

30 Mart 2014, 12:58

Bu gün Türkiyədə bələdiyyə seçkilərinə keçirilir. Modern.az saytının məlumatına görə, seçkilərdə 52 milyon 700 minə yaxın seçicinin səs verəcəyi gözlənilir. Bələdiyyələrə seçilmək üçün 26 siyasi partiya təmsilçiləri və 55 müstəqil namizəd iştirak edir.
Bu seçki nəticəsində bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.
Əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyası (MHP) arasında gedir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı