Modern.az

Türkiyədə bələdiyyə seçkilərində iki ilkə imza atıldı

Türkiyədə bələdiyyə seçkilərində iki ilkə imza atıldı

31 Mart 2014, 08:38

Konyanın Məram ilşəsi üzrə AKP-dən namizəd olan Fatma Toru 69,79% səs etibarilə seçkiləri qazanaraq, Türkiyə tarixində ilk hicablı bələdiyyə sədri kimi qəbul edilib.

Fatma Toru 1972-ci ildə Konyada doğuulub. İlk və orta təhsilini Konyada bitirib, Səlcuq Ünversitesinin məzunudur. Evlidir, 2 övladı var.


Bələdiyyə seçkilərində daha bir ilkə imza atılıb. “Türkiyə Kommunist Partiyası”nın (TKP) namizədi Fatih Mehmet Maçoğlu qeyri rəsmi nəticələrə görə, bələdiyyə sədri seçilib.

TKP üzvü öz namizədliyini əsasən kürd etniklərin kompakt yaşadığı Tunceli vilayətinin Ovacık rayonundan irəli sürmüşdü. 

Beləliklə adında kommunist sözü olan bir partiya Türkiyədə ilk dəfə bələdiyyə seçkisinin qalibi olub.   Anspress.com  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır