Modern.az

Medvedyev Krıma gəlib

Medvedyev Krıma gəlib

31 Mart 2014, 12:57

Rusiyanın baş naziri Dmitri Medvedyev bu gün respublikanın və Sevastopol şəhərinin inkişafı məsələlərini müzakirə etmək üçün Krıma gəlib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Rusiya hökumət rəhbərinin səfəri Krım və Sevastopolun Rusiyanın tərkibinə daxil edilməsindən 10 gün sonra baş tutub. Burada keçiriləcək müşavirədə baş nazirin müavinləri, federal nazirlər və profilli  qurumların rəhbərləri iştirak edəcəklər. Xatırladaq ki, ötən həftə Krıma Rusiyanın müdafiə naziri Sergey Şoyqu, əmək naziri Maksim Topilin də gəliblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, yaxın zamanda Vladimir Putinin Krıma səfər etmək planı yoxdur.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır