Modern.az

Hüseyn Bağırov İmişli şəhərində vətəndaşları qəbul edib

Hüseyn Bağırov İmişli şəhərində vətəndaşları qəbul edib

31 Mart 2014, 17:13

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov bu gün  İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Saatlı, Sabirabad və Beyləqan rayonlarında yaşayan vətəndaşlarla görüşərək onların şikayət və təkliflərini dinləyib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin də iştirak etdiyi görüşdə bölgə rayonlarından olan 50-dən çox vətəndaşın müraciətinə baxılıb. Müraciətlər, əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Şikayət xarakterli müraciətlərin qeydə alınaraq hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi isə elə yerindəcə həllini tapıb və müraciətlərin operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

 

 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır