Modern.az

Halal məhsullarla bağlı araşdırmanın nəticəsi açıqlanacaq - Dövlət Komitəsi

Halal məhsullarla bağlı araşdırmanın nəticəsi açıqlanacaq - Dövlət Komitəsi

31 Mart 2014, 18:25

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları halal məhsulları istehsal edən müəssisələrin istifadə etdikləri xammalların, ətlərin kəsildiyi xarici ölkələrdə olublar.
Bunu Modern.az-a adıçəkilən komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

Komitə rəsmisi bildirib ki, bununla bağlı rəy hazırlanıb:  “Yaxın müddətdə həm orada çəkilən şəkillər, həm də videoları əks etdirən materiallar geniş ictimaiyyətə təqdim olunacaq. Bundan başqa, 9 müəssisədə aparılan yoxlamaların da nəticəsi açıqlanacaq. Sertifikatlaşdırma məsləsinə gəldikdə, bu ana qədər bir neçə müəssisə üçün müsbət rəylər var, amma hələ sertifikatlaşdırma aparılmayıb. Bunun üçün işlər davam etdirilir. Sertifikatlaşdırma araşdırma tələb edən bir proses olduğu üçün zaman tələb edir. Tələsmək olmaz. İnanıram ki, yaxın günlərdə məsələ öz həlllini tapacaq”.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı