Modern.az

Nyu-yorkda antik əşyaların sərgisi açıldı

Nyu-yorkda antik əşyaların sərgisi açıldı

31 Mart 2014, 20:41

Modern.az saytı xəbər verir ki, Nyu-yorkda ABŞ-ın keçmiş prezidentlərinin qol düymələrindən, Hollywood ulduzlarının aksesuarlarına qədər minlərlə antik əşyanın nümayiş edildiyi sərginin açılışı olub.

ABŞ-ın ən böyük antik əşya sərgisi olan 'Nyu-york antik əşya sərgisi', Hudson çayı üzərindəki Pier 94 İncəsənət Mərkəzində açılıb. Sərgi sahəsində yaradılan 400 stenddə, 18-ci əsr və 1980-ci illər arasında istifadə edilmiş mətbəx və ev dekorasiyasında yağlı boya rəsm əsərlərinə, antikvar ləl-cəvahiratlardan tutmuş paltarlara qədər minlərlə əşya sərgilənir.

Kolleksiyaçılar tərəfindən əldə edilən ABŞ prezidentlərinin istifadə etdiyi qol düymələri və Hollywood ulduzlarının aksesuarları da sərginin ən maraq çəkən məqamlarından biri olub. Koleksiyaçılardan birinin stendindəki kino ulduzu Audrey Hepburna aid olan günəş eynəkləri ziyarətçilərin böyük marağına səbəb olub. 1993-cü ildə dünyasını dəyişən kino ulduzunun eynəyinin qiyməti heç kimə açıqlanmayıb. Ancaq sərginin ən diqqət çəkən aksesuarının ABŞ prezidentlərinə aid qol düymələri olduğu deyilir.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır