Modern.az

Azay Quliyev: “Bu seçki Türkiyəyə qarşı yönəlmiş qara niyyətləti puç etdi”

Azay Quliyev: “Bu seçki Türkiyəyə qarşı yönəlmiş qara niyyətləti puç etdi”

31 Mart 2014, 22:49

Milli Məclisin deputatı, Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin üzvü Azay Quliyev ötən gün Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə bağlı rəy bildirib. Modern.az-ın məlumatına görə, seçkilərdə Türkiyənin hakim partiyasının qələbəsini alqışlayan deputat qeyd edib ki, bu, bir daha Türkiyənin baş naziri Ərdoğanın dünya miqyasında tanınmış bir lider olduğunu təsdiqlədi:

“Bu seçki həm də onun öz xalqının mənafeyinə xidmət etdiyini, qarşılığı olaraq xalqının etimadını qazandığını ortaya qoydu. Ona görə də hesab edirəm ki, bu seçki Türkiyə üçün çox uğurlu oldu. Bəzi daxili və xarici qüvvələrin Türkiyəyə qarşı yönəlmiş qaranlıq, qara niyyətləri puç oldu. Ərdoğan parlaq qələbə qazandı. Bununla Türkiyə qələbə qazandı. Türkiyə istiqlalı qələbə qazandı. Türkiyəni, Türkiyə vətəndaşını təbrik edirəm”.

A.Quliyev qeyd edib ki, Türkiyə bizə dost, qardaş ölkədir: “Türkiyənin hər bir uğuruna sevinirik. Ancaq onun daxili işlərinə qarışmırıq. Türkiyə vətəndaşlarının seçiminə böyük sayğı ilə yanaşırıq. Türkiyədə keçirilən seçkilərin nəticələri Azərbaycanın da maraqlarına xidmət edir. Çünki bu seçkinin nəticəsi qardaş ölkədə sabitliyin, əmin-amanlığın davamlı olmasın deməkdir ki, bu da bizim bizim maraqlarımız deməkdir. Türkiyəmizi təbrik edirəm”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır