Modern.az

Maurinyo “Dinamo” Kiyevə gəlir

Maurinyo “Dinamo” Kiyevə gəlir

Təhsil

1 Aprel 2014, 12:29



Kiyevin “Dinamo” futbol klubunun azarkeşlərinin çoxunun arzusu gerçəkləşəcək. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, paytaxt klubunun nəhayət, yeni baş məşqçisi əcnəbi olacaq. Britaniya KİV-nin məlumatına görə, Kiyev klubunun prezidenti Londonun “Çelsi” klubunun baş məşqçisi Yoze Maurinyo ilə razılığa gəlib və yeni mösümdən portuqaliyalı mütəxəssis “Dinamo”nu çalışdıracaq. Bu danışıqlarda tanınmış futbolçu Andrey Şevçenkonun da rolu olduğu bildirilir.

“Mən belə böyük komandanı çalışdıracağıma görə xoşbəxtəm. Ümid edirəm ki, cənab Surkisin arzusu gerçəkləşək və o, Çempionlar Liqasının kuboku ilə Kiyev küçələrində gəzəcək. Mən artıq iki dəfə bu kuboku qazanmışam, ümid edirəm ki, üçüncü dəfə “Dinamo” ilə qazanacağam”, - Maurinyo “The Morning Trick” qəzetinə müsahibəsində deyib.

İndiki baş məşqçi Oleq Bloxinə gəldikdə, onun klubun idman direktoru olacağı bildirilir.    

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır