Modern.az

Pənah Hüseyn: “Türkiyə xalqının seçiminə hörmət etmək lazımdır”

Pənah Hüseyn: “Türkiyə xalqının seçiminə hörmət etmək lazımdır”

Təhsil

1 Aprel 2014, 13:38

“Türkiyədə ana müxalifət partiyaları hökuməti tənqid etməklərinə baxmayaraq, ölkədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini tanıdı. Bu, Türkiyə xalqının bir seçimi idi”.

Bunu Modern.az saytına Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn deyib. O, martın 30-da Türkiyə keçirilən bələdiyyə seçkilərinin nəticələrini şərh edərkən bildirib ki, xalqın seçiminə hörmət etmək lazımdır. P.Hüseyn Türkiyədə qarşıdan gələn prezident seçkilərinin perspektivini də dəyərləndirib. Onun sözlərinə görə ən şanslı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hesab olunur.

“Hələlik Türkiyədə prezident seçkiləri kampaniyası başlanmayıb və Ərdoğan da namizədliyini irəli sürməyib. Prezidentliyə namizədliyi irəli sürüləcəyi təqdirdə qələbənin qazanılması üçün ən şanslı Ərdoğan olacaq. Bələdiyyə seçkiləri də ona əlavə imkanlara yaratmış oldu”-deyə keçmiş baş nazir qeyd edib.

Xatırladaq ki, martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərində  R. T. Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası  (AKP) qələbə qazanıb.

 

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır