Modern.az

Kəmaləddin Heydərovla bağlı xəbər yayıldı

Kəmaləddin Heydərovla bağlı xəbər yayıldı

Təhsil

24 Aprel 2014, 21:39

Fövqəladə Hallar Nazirliyi Kəmaləddin Heydərovun qəbul gününə dair xəbər yayıb. Bildirlib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 28 aprel 2014-cü il tarixində saat 11:00-dan Qəbələ şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Nazirlikdən bildirilib ki, qəbulda yalnız Qəbələ, Zaqatala, Şəki, Balakən, Qax, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. 

Baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 may küçəsi, 40), digər məsələlərlə bağlı isə Fövqəladə Hallar Nazirliyinin Simal-qərb Regional Mərkəzinin inzibati binasinda (ünvan: Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 46) keçiriləcək.

Vətəndaşların qeydiyyatı müvafiq olaraq Qəbələ rayon Mədəniyyət Mərkəzində və Simal-qərb Regional Mərkəzinin inzibati binasinda 27 aprel 2014-cü il tarixində saat 09:00-dan başlayacaq. 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü