Modern.az

“İsraillə Azərbaycan arasında olan hərbi əməkdaşlıq gizli deyil” - MÖVQE

“İsraillə Azərbaycan arasında olan hərbi əməkdaşlıq gizli deyil” - MÖVQE

Təhsil

22 May 2014, 13:18


“İsrail-Azərbaycan dövlətlərinin dostluq münasibətlərinin inkişafı Ermənistan dövlətini ciddi narahat edir. Bu belə də olmalıdır”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Yevda Abramov bildirdi.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın İsraillə münasibətləri də yaxşı idi. “Amma son 5-10 ildə münasibətlər kəskin şəkildə zəifləyib. Bu gün erməni diasporu İsraildə çox da tanınmış bir diaspor deyil. Onların bu gün parlamentdə, fraksiyalarda, partiyalarda tərəfdaşları da çox deyil. Düzdür arada bir ərəbyönümlü partiya Ermənistanı maraqlandıran məsələləri gündəmə gətirir. Amma bununla heç nəyə nail olunmur. Onlar aprel ayının əvvəllərinə qədər yalançı, qondarma soyqırımı məsələsini adi bir komitet səviyyəsindən yuxarı qaldıra bilmədilər. Bizim diaspor genişləndirilmiş əlaqələr nəticəsində həmin məsələnin qaldırılmasına hər zaman mane olub. İsrail-Azərbaycan dostluq qrupu və Qafqaz yəhudilərinin komitəsi bu işdə fəallıq göstərib”.

İsrail-Ermənistan dostluq qrupunun rəhbəri ilə sıx əlaqələri olduğunu deyən Yevda Abramov Ermənistanın bəzi məsələlərdə həyəcan keçirdiyini vurğuladı. “Bu gün Azərbaycan diasporu İsraildə ən güclü diaspordur. Azərbaycanın İsraillə münasibətlərinə gəldikdə isə deyə bilərəm ki, bu münasibətlər ən yüksək səviyyədə inkişaf edir. Hər iki ölkə arasında istənilən sahələrdə əməkdaşlıq edilir. Elə bir sahə yoxdur ki, orada əlaqələrimiz olmasın. Bura elm-təhsil, ictimai, maarifləndirici, səhiyyə, aqrar, hərbi əlaqələri misal göstərmək olar. Bu məslələrdə iki dövlət strateji partnyordur. Dövlətlər arasında gediş-gəliş var. Ölkə rəhbərliyi, nazirliklər arasında bir tərəfli də olsa da əlaqələr var, bu gün Azərbaycana İsraildən çox sayda qonaqlar gəlir”.

Millət vəkili onu da vurğuladı ki, İsraillə Azərbaycan arasında olan hərbi əməkdaşlıq gizli deyil, bunu bütün dünya bilir. Silahların alınmasında, bir sıra əldə olan silahların lazımi hissələrlə təchiz olunmasında , pilotsuz təyyarələrin əldə olunmasında İsrail ölkəmizə dəstək verir. Bundan başqa səhra qərargah məşqlərində onların zabitləri, nəzəri bilikləri ölkəmizə lazım olur, təcrübələrindən bəhrələnirik. Bütün Bunları Ermənistan da bilməmiş deyil. Əlbəttə müharibə vəziyyətində olan Azərbaycanın güclü dövlətlərlə hərbi iş birliyini gücləndirilməsi, müəyyən məsələlərdə bir-birinə dəstəkləməsi, bəzi silahların İsrail rəhbərliyilə Azərbaycanda istehsalına başlanması Ermənistanı maraqlandırır və onları düşündürməyə vadar edir. Əvvəllər pilotsuz təyyarələr İsraildən alınırdı. Lakin hazırda İsrailin texnologiyası əsasında Azərbaycanda pilotsuz təyyarələr istehsal olunur. Məsələ Hərbi Sənaye Nazirliyinin gündəmindədir. Bu təyyarələr lazım olduğunda idxal üçün də istifadə olunacaq”.

Yevda Abramov bildirdi ki, İsrail ərazi baxımından kiçik olsa da, dünyada inkişaf etmiş dövlətlərdən biridir. “Ölkə xarici təhlükədən qorunması üçün hərbi müdafiə sənayesini məcbur olaraq daha çox inkişaf etdirir. Ona görə də İsraildə xarici siyasətdə hərbi məsələlər proiritet mövzudur”.

Sonda Yevda Abramov bir daha vurğuladı ki, İsrail-Azərbaycan əlaqələrinin yüksək inkişafı, Azərbaycanın İsraildəki diasporunun fəaliyyəti erməniləri qıcıqlandırır . Bu təbiidir kiçik Ermənistanı narahat olmalıdır. Artıq qatar ötüb-keçib”.

 

Gülşən RAUFQIZI 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır