Modern.az

Azərbaycanda direktora cinayət işi açıldı

Azərbaycanda direktora cinayət işi açıldı

Təhsil

22 May 2014, 16:20

“İ.R.” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun qanunsuzluqlara yol verməsi barədə “Muğanbank” Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı “İ.R.” MMC-nin direktoru Mirdamət Əsgərovun qulluq mövqeyindən istifadə etməklə “Muğanbank” ASC tərəfindən verilmiş 250 min ABŞ dolları məbləğində krediti təyinatı üzrə istifadə etməyərək israf etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə),  195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir. 

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı