Modern.az

DİN-dən narkomaniya əleyhinə daha bir addım

DİN-dən narkomaniya əleyhinə daha bir addım

Təhsil

22 May 2014, 16:33

Modern.az xəbər verir ki, mayın 21-də Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində “Yetkinlik yaşına  çatmayanlar və azyaşlılar arasında narkomanlığın, cinayətkarlığın  və digər hüquqpozmaların qarşısının alınması sahəsində profilaktiki tədbirlərin gücləndirilməsi” mövzusunda orta məktəb müəllimlərinin, psixoloqların və şagirdlərin iştirakı ilə dəyirmi masa keçirilib.

Öncə Mərkəzin muzey bölümündə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirilib. Sonra tədbiri giriş sözü ilə açan DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın tələb və prinsiplərini izah edib, bəşəri problem olan bu növ qanunazidd əməllərlə mübarizədə hər bir gəncin, yeniyetmənin fəal mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Dəyirmi masada Yasamal rayon Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Şöbəsinin rəisi İlahə Əsədova, Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov və digər şəxslər yetkinlik yaşına çatmayanların və gənclərin mənəvi-əxlaqi tərbiyəsi, ölkəmizin ictimai-mədəni həyatındakı fəal iştirakı, dövlət tərəfindən onların sağlamlıqlarının qorunması, fiziki inkişafı, istedadlı gənclərin üzə çıxarılması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat veriblər. Azyaşlıların məişət zorakılığının qurbanı olmaları, erkən nigahlara sövq edilmələri, hətta hüquqazidd əməllər törətmələri, cinayətin qurbanlarına çevrilmələri hallarına hələ də rast gəlindiyi təəssüflə bildirilib, belə halların qarşısının alınması üçün dövlət qurumlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin birgə səylərinin əhəmiyyəti xüsusi qeyd olunub.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir