Modern.az

Putinin ideoloqu Qarabağa görə Ermənistanı HƏDƏLƏDİ

Putinin ideoloqu Qarabağa görə Ermənistanı HƏDƏLƏDİ

Aktual

26 May 2014, 00:30

 

 

 

 

 

 

 

 

 

 

 

Kremlin millətçi ideoloqlarından biri hesab olunan, “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri, imperiyapərəst politoloq Aleksandr Duqin Azərbaycanın işğal altındakı torpaqlarını Ermənistan ərazisi kimi qələmə verib.Bu zaman o, Ermənistanın Rusiyanın forpostu olmasını da dilə gətirib.

Modern.az saytı xəbər verir ki, Ermənistanın 1in.am saytına müsahibə verən A. Duqin Ermənistanın Gömrük İttifaqına üzvlüyü perspektivindən söz açarkən, Dağlıq Qarabağdakı separatçı rejimin quruma daxil olması ilə bağlı məsələyə də toxunub. Bu zaman o, Azərbaycanın işğal altındakı torpaqlarını Ermənistan ərazisi kimi xarakterizə edib.

“Ermənistanın Gömrük İttifaqına üzvlüyünün hüquqi və iqtisadi bəndləri problematik deyil, əksinə onlar çox gözəldir və təhlükəli heç nə yoxdur. Ermənistan və Qarabağ isə faktiki olaraq vahid ərazidir. Düşünürəm ki, Qarabağla Ermənistan arasında sərhəd məntəqələri qoymaq lazım deyil. Sərhəd-gömrük məntəqələrinin olmaması ermənilər üçün də əlverişlidir”.  

Onun sözlərinə görə Qarabağla Ermənistan arasında sərhəd məntəqəsinin qoyulmasının tərəfdarı olanlar və bu fikri səsləndirənlər Ermənistanın Gömrük İttifaqına  üzvlüyünə mane olmaq istəyənlərdir. A. Duqin Rusiya ilə Ermənistan arasındakı münasibətlərin dinamik şəkildə inkişaf etdiyini də vurğulayıb. Hərəkat lideri onu da qeyd edib ki, əgər Ermənistan Rusiyanın Gömrük İttifaqı və Avrasiya Birliyi layihəsinə qoşulmazsa, o zaman əlaqələr pisləşəcək.  

“Ermənistan Moskvaya  ultimatumları təqdim etməməlidir və Qarabağı bəhanə gətirməməlidir. Ermənistan Rusiyanın Avrasiyaya inteqrasiya layihələrinə qoşulmasa, təbii ki, münasibətlər pisləşəcək və çətin duruma düşəcək”,-deyə Kreml ideoloqu şərh edib.

Qeyd edək ki, Ermənistan rəhbərliyində Qarabağla sərhəddə gömrük məntəqələrinin quraşdırılması barədə müzakirələr getdiyi bildirilir. Ermənistan parlamentinin müxalifətçi  deputatı Aleksandr Arzumanyan da bununla bağlı məsələ qaldırıb. Bu zaman, parlament spikeri Ovik Abramyan onun dediklərinə dolayı yolla da olsa haqq qazandırıb və onu Qarabağ barədə danışmamağa çağırıb. “Biz də istəyirik ki, dediyimiz olsun. Amma bu barədə az danışmaq lazımdır”-,deyə spiker cavab verib.

 

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı