Modern.az

Sərkisyandan Nazarbayevə anlaşılmaz CAVAB

Sərkisyandan Nazarbayevə anlaşılmaz CAVAB

31 May 2014, 22:24

 

Ermənistanın Gömrük İttifaqına üzvlüyü  üçün heç bir maneə yoxdur”.

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sərkisyan deyib. Onun sözlərinə görə üzvlük üçün problemlər texniki xarakter daşıyır.  

S. Sərkisyan Ermənistanın Avrasiya İttifaqına üzvlüyü haqqında qərarının qəti olduğunu da söyləyib. O, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Avrasiya Ali İqtisadi Şurasının iclasında  Ermənistana Azərbaycanın mövqeyini xatırlatmasını gec də olsa şərh edib. “Biz Avrasiya İttifaqı müqaviləsinə qoşulmaq niyyətindəyik. Sərhədlər haqqında danışmaq yersizdir. Qarabağ məsələsi Gömrük İttifaqı çərçivəsində həll olunmur. Bizim qanunvericiliyə görə Qarabağ Ermənistanın ərazisi sayılmır. Amma Ermənistanın üzvlüyü Qarabağ probleminin həllinə imkan yaradar. Bu, birmənalıdır. Nazarbayevin dediyi xoşagəlməz fikirlər bizə ziyan vura bilməz. Ermənistan iyun ayının 15-nə qədər Avrasiya İttifaqının yaradılması haqqında sazişə qoşulmaq niyyətindədir”,-deyə S. Sərkisyan yenə sərsəm bəyanatı ilə diqqəti cəlb edib.  

Məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.    

Qeyd edək ki, Astanada Rusiya, Belorusiya, Qazaxıstan Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə imzalayıb.   İclasda Ermənistan prezidneti S. Sərkisyan iştirak etsə də, rəsmi Yerevanın Avrasiya İttifaqına qoşulması məsələsi ləngiyib. Qazaxıstan dövlət başçısı N. Nazarbayev S. Sərkisyana Avrasiya İttifaqına üzvlüyü üçün Azərbaycan Prezidenti İlham Əliyevin şərtlərini xatırladıb. O, İlham Əliyevin Ermənistanın BMT və Ümumdünya Ticarət Təşkilatının tanıdığı ərazilər çərçivəsində Avrasiya İttifaqına üzvlüyü ilə bağlı şərtlərini özündə əks etdirən məktubu oxuyarkən S. Sərkisyan bunu susqunluqla qarşılayıb. 

Onun susqunluğu fonunda sifətinin mimikasındakı narahat ifadələr Ermənistanda birmənalı qarşılanmayıb. Erməni mətbuatı və ekspertləri S. Sərkisyanın biabırçı hərəkətini ciddi şəkildə tənqid edib.  


Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü